"Anadoluhaberim qəzetinin yazarı Binnur Günay Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdində NATO hərbçilərinin də iştirak etdiyini iddia edib.

Unikal.org-un məlumatına görə, yazar iğtişaşlar zamanı qiyamçıların arasında mülki geyimli naməlum xüsusi təyinatlı şəxslərin olduğunu bildirib:

"İşğal gecəsi mülki geyimli şəxslər NATO hərbçiləri və İsrailin xüsusi təyinatlı qüvvələri idi. Onlar Malatya, Ərhaç, Çiğli bazası, İncirlik və Diyarbəkir hava limanlarına, oradan da əhalinin üzərinə göndərilən hərbçilər idi.