"Barselona" futbol klubu "Valensiya"nın yarımmüdafiəçisi Andre Qomeşi transfer edib.

Unikal.org xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı portuqaliyalı futbolçu gələn həftə rəsmən təqdim olunacaq. Müqavilənin təfərrüatları açıqlanmır. Bundan əvvəl "Valensiya"nın futbolçunu 65 milyon avroya satmaq niyyətində olduğu bildirilirdi.

Qomeş 2015/16-cı illər mövsümündə İspaniya çempionatında 30 matç keçirib, 3 qol vurub və 3 qol ötürməsi edib. O, Fransada keçirilən Avropa çempionatında Portuqaliyanın heyətində 5 oyunda çıxış edib və sonda çempion titulunu qazanıb.