"Bəşər Əsədin hakimiyyətdən getməsi barədə razılıq əldə olunacağı təqdirdə, ABŞ Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə səylərini birləşdirməyə hazırdır.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclər forumunda sualları cavablandırarkən bildirib. "Onlar deyirlər ki, terrorizmə qarşı mübarizədə birləşmək olar, lakin əvvəlcə Əsədin devrilməsi ilə bağlı razılığa gəlmək lazımdır, - deyə nazir söyləyib.
S. Lavrov qeyd edib ki, Qərb Əsədi diktator saydığı üçün onun devrilməsini tələb edir: "Biz isə deyirik ki, terrorla mübarizədə hər şeyi qaydasına qoyaq və sonra azad seçkilər təşkil edək. Qoy, xalq özü onu demokratik səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırsın.