Bakıda Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ilk günü yekunlaşıb.

Azərbaycan, Bolgarıstan, Kanada, İspaniya, Fransa daxil olmaqla, toplam 17 ölkənin fərdi gimnastları çoxnövçülükdə mübarizə aparıb. Daha sonra Kubokun açılış mərasimi keçirilib. 

Mərasimdə Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Qeyd edək ki, Gimnastika üzrə FIG Dünya Kuboku 24 iyul tarixində yekunlaşacaq.

Unikal.org musavat.com-a isitnadən yarışın ilk günündən olan fotoları sizlərə təqdim edir.