Türkiyə millisinin və "Barselonanın futbolçusu Arda Turan karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org-un məlumatına görə, bu barədə İspaniyanın "Marca qəzeti xəbər yayıb.

Bilidirlir ki, "Barsadan ayrılacağı gözlənilən 29 yaşlı yarımmüdafiəçi ilə "Yuventus maraqlanır.

Qeyd edək ki, Arda Turan ötən mövsüm İspaniya La Liqasında 18 oyun keçirib. O, 2 qol və 3 qol ötüməsi ilə fərqlənib.