Tanınmış jurnalist Elnur Baimov sosial şəbəkədə hər kəsin diqqətini cəlb edən paylaşım edib.

Unikal.org-un məlumatına görə, jurnalist xarici ölkədə Azərbaycanla bağlı satılan neft suvenirinin fotosunu paylaşıb.

Fotoda görünür ki, suvenirdə Azərbaycan xəritəsi təhrif olunub və Dağlıq Qarabağ Azərbaycandan ayrılıb.

Çox maraqlıdır ki, neft suveneri dünyanın aparıcı ölkələrində, o cümlədən dünyanın ən məşhur alış-satış saytlarından olan "ebay"da da satışda var və analoji səhv orada da görünür. Neft suvenirinin qiyməti isə 7 dollardır.

Həmin fotoları təqdim edirik: