AAAF Park Yaşayış Kompleksi hər zaman yeniliklərlə insanları sevindirir. Geniş alıcı kütlələrinin arzu, istək və tələblərinə diqqətlə yanaşan "AAAF Holdinq sosial layihələr, kampaniyalar, yeni və daha sərfəli satış şərtləri ilə insanlara xidmət edir. Ötən zaman ərzində sərfəli kampaniyalarla yüzlərlə ailə yeni mənzil arzusuna çatıb. Bundan əlavə, heç bir banka getmədən, heç bir faiz ödəmədən, uzunmüddətli, ilkin təmirli, ilkin ödənişlə, daxili kredit şərtilə mənzil təklif edən "AAAF-İnşaat tikinti sektorunda yeni cığır açıb.

AAAF Park Yaşayış Kompleksinin sakinlərə xidmətində müsbət dəyişikliklər nəzərə çarpır. Belə ki, sakinlərin sorğu və müraciətlərini sistemli şəkildə təmin etmək üçün Sakinlərə Xidmət Departamenti qurulub. Bundan əlavə, AAAF Holdinqin yeni pilot layihəsi olan AAAF Akademiya fəaliyyətə başlayıb. Korporativ əməkdaşlıq, qarşılıqlı fəaliyyət sahəsində uğurlu nəticələr sərgiləyən AAAF Akademiya holdinq işçilərinin inkişafında mühüm rol oynayır.

Sakinlərin rahatlığının və istirahətinin təminatçısı olan AAAF Park Yaşayış Kompleksində son zamanlar tikinti, təmir bərpa işləri daha sürətli və sistemli şəkildə aparılır, həyətyanı sahələrdə xüsusi idman avadanlıqları və üstüörtülü oturacaqlar quraşdırılır. Yeni yaşıllıqların salınması və abadlaşdırma işlərinin görülməsi sakinlərə və onların yaşayış sahələrinə verilən dəyərin göstəricisidir. Məhz AAAF Park əməkdaşlarının müştərək təşəbbüsü ilə keçirilən iməciliklər buna ən bariz nümunədir.

Sakinlərin yay istirahətini səmərəli keçirməsi üçün kompleks daxilində hər cür şərait yaradılıb. Yaşlı nəslin nümayəndələri üçün də sakitliyin tək ünvanı məhz AAAF Park Yaşayış Kompleksidir.

Qısa vaxt müddətində, AAAF Park restoran, kafe seqmentində də yeniliklərə imza atıb, kompleksdə yeni müəssisələr istifadəyə verilib. Yalnız qadınlara məxsus "Asiya qadın evi, orijinal dizaynı ilə göz oxşayan "Minkənd, fərqli aura, canlı musiqi, dadlı təam, sərfəli qiymət və yüksək standarlara cavab verən servislə seçilən "Zirvə restoranı və "Sports kafe istirahətini AAAF Parkda keçirənlər üçün əvəzolunmaz məkana çevrilib. AAAF Parkın maraqlı dünyası "Limuland və "Limuforest istirahət, əyləncə mərkəzi isə uşaqdan böyüyə hər kəsin əyləncəsi üçün ideal məkandır. Burada keçirilən bonus kampaniyaları, əyləncəli və mükafatlı oyunlar onların sevincinə-sevinc qatır. Ötən aydan kompleksin nəzdində "Zirvə ət dükanı, "Sehirli təndir, "Zirvə restoranının Avropa zalı da fəaliyyətə başlayıb. Bu təşəbbüslər yeni iş yerlərinin fəaliyyətə başlamasında mühüm rol oynayıb.

AAAF Parkda tədbirlərin, yığıncaqların, konsertlərin təşkili sahəsində də böyük işlər görülüb. Ədəbi-bədii gecələrin, bayram və həftəsonu konsertlərin keçirilməsində atılan addımlar və bir çox tədbirlərimizdə qurumların iştirakı AAAF Parka olan diqqətin nümunəsidir. Yaxın keçmişdə AAAF Parkda nümayiş olunan "Fitnə sənədli filmi və "Ramazan Bayramı adlı konsert xüsusilə diqqət toplayıb.

AAAF Parkın təhsil sistemi də özünəməxsusluğu ilə seçilir. Burada fəaliyyət göstərən "Zirvə liseyi, "Zirvə Uşaq İdman Akademiyası və "Zirvə uşaq bağçası qısa müddət ərzində təlim-tədris sferasında öz layiqli yerini tutub. Şagirdlərin təlim-tədrisi üçün müasir maddi-texniki bazası və peşəkar müəllim kollektivi ilə seçilən "Zirvə liseyi ölkədə humanitar, texniki və idman təmayüllü olması ilə digər təlim-tədris mərkəzlərindən fərqlənir. "Zirvə uşaq bağçası övladlarınızın ilkin biliklərə yiyələndirməklə yanaşı, həmçinin də onları məktəbə qədər tədris sahəsində hazırlaşdırır.

AAAF Park Yaşayış Kompleksində idmanın müxtəlif sahələri ilə məşğul olmaq üçün xüsusi yerlər ayrılıb. Məkan və zamandan asılı olmayaraq bir çox insanı birləşdirən ən müasir avadanlıqlarla təmin olunmuş "Zirvə fitness və spa mərkəzi sağlam həyat tərzi üçün ideal məkandır.

Yeniliklərin mərkəzində AAAF Park Mağazalar Şəbəkəsinin xüsusi yeri var. Hər mövsüm yeni kolleksiyalar və endirim kampaniyaları ilə dəb dünyasına yeni qapı açan AAAF Park Mağazalar Şəbəkəsi kompleksin sakin və qonaqları üçün əlverişli imkanlar yaradır və daima müştəri məmnuniyyətinə önəm verir.

AAAF Parkın tikinti, idman, sağlamlıq, təhsil və digər sektorlarında görülən işləri mütəmadi olaraq işıqlandıran "AAAF Media "AAAF Holdinq nəzdində baş verən ən son yenilikləri operativ olaraq diqqətinizə çatdırmağa davam edəcəkdir.

Hər zaman yeniliklərlə xidmətinizdəyik!