"Bavariya"nın prezidenti səlahiyyətini yerinə yetirən Karl-Haynz Rummenige alman yarımmüdafiəçi Şvaynştaygeri kluba qaytarmaq barədə düşünmədiklərini vurğulayıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Rummenige bunları deyib:

"Bir il öncə Şvaynştayger "Manchester United"də oynamaq üçün məndən icazə istəmişdi. Onunla baş verənlərə təəssüflənirəm. Amma Bastianı qaytarmaq barədə fikirləşmirik. Şvaynştayger çətin vaxtlardan keçir. Ola bilər ki, bu hadisələr "Bavariya"nın bəzi Avropa klublarından fərqli olaraq futbolçularınadaha ədalətlə və humanist rəftar etdiyini göstərir".