Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Unikal.org-un məlumatına görə,Albert Səlimov yumruğunun gücünü sınayıb. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verib.

Təmsilçimiz irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibindən üstün olan Albert qələbə qazanaraq 1/4 finala yüksəlib.