Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları davam edəcək. Unikal.org-un məlumatına görə, Azərbaycan yığmasının iki təmsilçisi də mübarizəyə start verəcək.

İlk olaraq qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova yarışıb. Təsnifat mərhələsində çıxış edən 14 yaşlı idmançımız 1-ci qrupda mübarizə aparıb. O, 59.43 saniyə nəticə ilə öz qrupunda üçüncü olub.

Hər birində 8 üzgüçü olmaqla 6 qrupda ümumilikdə ən yaxşı nəticə göstərən 16 idmançının yarımfinala yüksələcək. Artıq 4 qrupun nəticələrindən sonra Fatimənin yarımfinala yüksəlməyəcəyi dəqiqləşib. O, 48 üzgüçü arasında 41-ci yeri tutub.

Daha sonra isə 200 metr məsafəyə arxasıüstə üzmədə Boris Kirillov öz gücünü sınayıb. O da xanım idmançımız kimi ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayıb. 2:06.74 dəqiqə nəticə ilə zəiflərin arasında sonuncu olan Kirillovun mübarizəni dayandıracağı gözləniləndi.

Belə ki, xanımların yarışında olduğu kimi, bu mübarizədə də ən yaxşı 16 üzgüçü yarımfinalda çıxış edəcək.