Azərbaycan cüdoçusu Elmar Qasımovun Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal və final görüşlərini ailəsi həyəcanla izləyib.

Unikal.org xəbər verir ki,"Report"un əməkdaşları idmançının ailəsində olub.

E.Qasımovun ailə üzvləri - atası İlqar Qasımov, anası Şərqiyyə Qasımova, qardaş Eldar Qasımov, əmisi qızı Cəmilə Qadımova və digər qohumları, dostları idmançın yarımfinala çıxmasını böyük sevinclə qarşılayıblar.

Cüdoçunun ailə üzvlərinin həyacan və sevinc görüntülərini təqdim edirik.

Xatırladaq ki, E.Qasımov 100 kq çəkidə yaınız finalda uduzaraq Azərbaycana gümüş medal qazandırıb.

Elmarın ailəsi gümüş medala belə sevindi -  Fotolar
Elmarın ailəsi gümüş medala belə sevindi -  Fotolar
Elmarın ailəsi gümüş medala belə sevindi -  Fotolar