Bu gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:55-də başa çatıb.