"Manchester City" Xosep Qvardiolanın rəhbərliyi altında ilk Premyer Liqa qələbəsinə sevinib. "Şəhərlilər" ilk turda "Sunderland"ı 2:1 hesabıyla məğlub ediblər. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, oyundan sonra Qvardiola fikirlərini belə ifadə edib:

"Şübhəsiz, qələbəni haqq edirdik. Birinci oyun həmişə çətin alınır. Bir həftə ərzində komanda kimi nə etmək lazım olduğunu müzakirə etdik və istəyimizə çatdıq. Bəzən elə olur ki, bəxt gətirmir. Aqressiv oynamaq lazım idi. Belə çətin oyunlar növbəti görüşlərdə necə artırmağı bilmək üçün mühümdür. Nolito, Stounz yaxşı təsir bağışladılar. Biz komanda kimi mübarizə apardıq. Sözsüz, Hart əsas heyətdəki yeri uğrunda mübarizə aparacaq. O və Villi Kabalyero peşəkar qapıçılardır".