Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Unikal.org apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.