Bu gün dünyada informasiya yayımında elektron media xüsusi çəkiyə malikdir. Elektron KİV-lərin çap mediasını üstələməsi tendensiyası Azərbaycanda da aktualldır. Dövlətin çap mediasına xüsusi diqqət ayırmasından sonra bu sahənin üzləşdiyi maliyyə problemləri aradan qalıdırıldı, mətbəələrə olan borclar silindi. Hazırda Azərbaycanda xəbər yayan kifayət qədər internet resursu var.

Bu gün ölkədə fəaliyyət göstərən elektron medianın vəziyyəti necədir? Maddi problemlər varmı? Xəbər saytlarının maddi-texniki bazalarının gücləndirilməsi üçün dövlət dəstəyinə ehtiyac varmı? Suallarımızı elə elektron KİV rəhbələrinə ünvanladıq.

"Qafqazinfonun baş direktoru Elburus Ərud Unikal.org-a bildirib ki, hazırda ölkə mediası cəmiyyətə adekvat deyil: "Elektron media yeni yaranıb. Yavaş-yavaş inkişaf edir. Yaxşı oxunan elektron media özü özünü maliyyələşdirir. Hesab edirəm ki, dövlətdən maliyyə ummaq düzgün deyil.


Haqqın.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin ölkədə elektron media qrumlarının maliyyə durumunu normal hesab edir. O, elektron medianın maliyyə vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı heç bir təklifinin olmadığını da vurğulayıb.



"Azxeber.comun rəhbəri Əfsələddin Ağalarovun fikrincə, reklam bazarının hələ də çox zəif olmaması internet medianın biznes strukturu kimi fəaliyyət göstərməsinin ən əsas problemidir: "Azərbaycanda internet media adlı bir dövrün başlanğıcının qoyulmasından heç də uzun bir zaman keçməyib. Amma bu zaman belə kifayət qədər problemlərin mərhələli həlli üçün yetərlidir. Bu dövr başlayandan bu günə kimi yeni bir "bum yaşandı. Çoxlu sayt açıldı, çoxluq xəbər işinə maraq göstərdi və bu çoxluq internet medianı normal olaraq gələcəyin trendi kimi gördü. Nəticədə çoxluq içərisindəki qeyri-peşəkarlar da məhz, bu suyun axarına qoşulub burada lövbər saldılar. Bu isə son olaraq keyfiyyətə deyil kəmiyyətə xidmət etdi. Qəzetdən fərqli olaraq kağız, paylanma və digər xərclərin burada olmamasını da bu marağın yaranmasında bir səbəb kimi göstərmək olar. Ancaq bu say o qədər çoxaldı ki, kənardan mənzərə ancaq "bazarı xatırlatdı. Bu gün təəssüflər olsun ki, saytlar bir-birini təkrarlamaqdan başqa heç bir əlavə "yenilik etmirlər. Eyni məzmunda, eyni informasiya siyasətində olan xəbər saytları elə bil təkrar-təkrar eyni şeiri oxuyurlar. Kimsə çıxıb "mən yenilik etdim deyə bilmir. Çünki heç kim etmir və ya etmək istəmir. Reklam bazarının hələ də çox zəif olmaması internet medianın biznes strukturu kimi fəaliyyət göstərməsinin ən əsas problemidir. Bu gün bazarda internet reklamı üzrə bir neçə şirkət fəaliyyət göstərir. 9 milyonluq əhalinin böyük əksəriyyətinin internetdən informasiya ilə qidalandığını nəzərə alsaq bu say çox azdır. Düşünün ki, bir milyon manata yaxın illik internet reklamlarına ölkə üzrə ümumi şirkətlər tərəfindən pul xərclənir. Bu rəqəmin də böyük hissəsi sosial şəbəkələrdəki reklam xərclərinə hesablanıb. Yəni, o pul da əcnəbilərin cibinə axır. Verilən digər internet reklamları isə çox az sayda və nədənsə, eyni adla saytlarda daha çox görmək mümkündür. Ancaq sayğac göstəricisi və marka adı cəmiyyətdə daha yüksək qəbul edilən saytlar reklam tortundan heç bir dilim ala bilmirlər. Çünki, bu şirkətlərə alternativ şirkətlər yaranmır və həmin reklam şirkətləri özlərinə yaxın adamlara daha çox qazandırırlar.

Cebheinfo.az saytının baş redaktoru Elnarə Kərimova bildirib ki, dünyada əsas xəbər mənbəyi kimi elektron mətbuatın rolunun artması yazılı mətbuatın nisbətən arxa plana keçməsini şərtləndirib: "Belə bir zamanda Azərbaycanda da elektron mətbuat əsas xəbər daşıyıcısı roluna artıq yiyələnib və görünən odur ki, yaxın illərdə bu mövqeyini daha da möhkəmləndirəcək. Belə bir zamanda yazılı mətbuata olduğu kimi, elektron mətbuata da dövlət yardımının gündəmə gəlməsi anlaşılandır. Əslində, yazılı mətbuatın yaşadılması, bu ənənənin qorunması baxımından qəzetlərə dövlət yardımını yüksək qiymətləndirirəm. Amma nəzərə alaq ki, elektron mətbuatın infomasiya təminatındakı rolu böyükdür və reklam gəlirləri bu sahədə də problemdir, o zaman elektron mətbuata da dövlət yardımı ədalətli olardı.

"Baku.wsnin baş redaktoru Azad Əliyev deyib ki, Azərbaycanda elektron medianın sağlam maliyyə dəstəyilə təmin edilməsi bu sahənin inkişafına böyük dəstək olacaq: "Sözsüz ki, qəzetlər kimi saytlara da dövlət tərəfindən maliyyə yardımları ola bilər. Ancaq bu maliyyə yardımları saytların profilinə uyğun şəkildə bölünməlidir. Belə olan halda saytlar bu maliyyə yardımını əldə etmək üçün işlərini daha peşəkar və jurnalistika prinsiplərinə əsasən quracaqlar. Yəni, istənilən halda dövlət yardımı elektron mətbuatın da ümumi mənzərənin yaxşıya doğru dəyişməsinə səbəb olacaq. İşini peşəkar quracaq saytlar bir az da inkişaf edəcək, həvəskar saytlar isə zamanla sıradan çıxıb gedəcək. Ancaq istənilən halda bu maddi dəstək saytlara təzyiq aləti kimi qəbul edilməməlidir.

Orxan Həsənli