Ermənistana xaricdən pul transfertlərinin azalması ölkədə sosial gərginlik yaradır.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu "1in.am" saytına açıqlamasında erməni iqtisadçı Qor Çaturyan söyləyib. Onun sözlərinə görə, son iki il bu transfertlər xeyli azalıb:
"Bu, daha çox Rusiya iqtisadiyyatındakı böhran situasiyası ilə bağlıdır. Bizim həmvətənlər burada az gəlir əldə edirlər. 2015-ci ildə ölkəyə göndərilən transfertlər 28-30%, bu il isə 8-9% azalıb. Bu da sosial gərginliyi artırır. İqtisadi artım sahəsində isə müsbət tendensiya yoxdur. İqtisadi artımla bağlı göstərilən bütün göstəricilər yalnız yalançı rəqəmlərdir".