Avropa Liqasında "pley-off" mərhələsinin ilk görüşləri keçirilir.

Qol.az-ın məlumatına görə, təmsilçimiz "Qəbələ" Sloveniyanın "Maribor" klubunu qəbul edir. "Dalğa Arena"da keçiriləcək oyun saat 21:00-da başlayıb. Bu görüşdə "Qəbələ" 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 25-i keçiriləcək.

18 avqust

Avropa Liqası, "pley-off" mərhələsi
İlk oyun

21:00. "Qəbələ - "Maribor (Sloveniya) - 3:1
Qollar:Tavareş, 17 (0:1), Sergey Zenyov, 37 (1:1), Baqali Dabo, 50 (2:1), 53 (3:1)
Hakimlər:Aleksey Kulbakov, Vitali Malyutin, Oleq Maslyanko, Denis Şerbakov (hamısı Belarus)
Bakı, "Dalğa Arena stadionu