Türkiyədə yenidən terror aktı törədilib. 
Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 5 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya aparılan mülki şəxslərdən biri dünyasını dəyişib.

Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat keçirili