"Rio-2016"da50 kilometr məsafəyə qaçış zamanı fransız atlet Yohann Diniz biabır olub.

Unikal.org xəbər verir ki, telekanalların canlı yayımladığı yarış zamanıbütün kameralar Diniziçəkib. İdmançı özünü saxlaya bilməyib, elə qaçış zamanı da təbii ehtiyacını ödəyib.

Atletinşortunun arxasından ayaqqabısınadoğru süzülən nəcis kameraların obyektivindən yayınmayıb.

Dünya rekordçusu və yarışın favorit isimlərindən olan biri hesab edilən Yohan Dinizin bir müddətdir ki, mədəsində ciddi probemlər olduğu məlum olub.

Diniz, başına gələn bu xoşagəlməz hadisəyə rəğmən bir müddət yarışda liderliyi əldə saxlasa da, sonra yolun kənarına yıxılaraq, digər atletlərin onu keçməsinə şərait yaratmaq məcburiyyətində qalıb.

Ancaq yarışın birincilərindən olan kanadalı atletEvan Dunfee, Diniziyerdən qaldıraraq yarışı davam etdirməsi üçün dəstək olub.

Fransız atletin bütün səylərinə rəğmən, yarışı səkkizinci sırada başa vurub.

Qeyd edək ki, bu cür bədbəxt hadisə onun başına ilk dəfə gəlmir. 2008-ci il Pekin Olimpiadasında ayağı və mədəsi ağrıdığı üçün yarış başlamamış start xəttindən geri çəkilmiş, yarışı tərk etmişdi.

Bundan əlavə isəLondon Olimpiadasında isəDinizOlimpiya şəhərciyindən çıxaraq kənar bir yerdə spirtli içki qəbul etdiyi üçün yarışdan diskvalifikasiya edilib.