ABŞ-ın Los Anceles şəhərində gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, 2 nəfər yaralanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə "Los Angeles Times məlumat yayıb.

İnsident "Xposed Gentlemen's Club gecə klubunda baş verib.

İlkin məlumata görə, ölənlər - atəş açan şəxslərdir, yaralananlar isə obyektin mühafizəçiləridir.

İnsidentin səbəbləri araşdırılır.