İyunda "Star TVdə yayımlanmağa başlayan "Şahane Damat serialı 8-ci seriyada final edəcək.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, baş rollarını Burcu Özberk, Ali Ersan Duru, Nükhet Duru və Erhan Yazıcıoğlunun paylaşdığı serial gözləntiləri doğrultmayıb.

Kanal rəhbərliyi kifayət qədər reytinq qazana bilməyən serialın çəkilişlərinin dayandırılmasını qərara alıb.

Qeyd edək ki, yeni mövsüm öncə bir neçə kanal böyük izləyici kütləsi toplaya bilməyən serialların yayımını dayandırmağa başlayıb. Ötən həftə "N'Olur Ayrılalım serialı da eyni səbəbdən 6-cı seriyada final etmişdi.