Məşhur italiyalı opera müğənnisi Daniela Dessi şənbə günü 60 yaşında vəfat edib.

Unikal.org rianovosti agentliyinə istinadən xəbər verir ki, D. Dessi gözəl səsi ilə bərabər, parlaq aktyor istedadına malik olub.

D. Dessi 14 may 1957-ci ildə Genuyada anadan olub. İlk mükafatını 1980-ci ildə İtaliya Dövlət Televiziyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qazanıb. Müğənninin repertuarında 60-dan çox opera olub. D. Dessi dünyanın ən yaxşı opera teatrları - Milandakı "La Skala, Nyu-Yorkdakı "Metropoliten-opera və Berlindəki "Alman operası ilə əməkdaşlıq edib.