Qax rayonunda mənzildən yaşlı qadın meyiti tapılıb.

Unikal.org-un Report-a istinadən məlumatına görə, Qax şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 5-də yaşayın 1939-cü il təvəllüdlü Pəri Yusif qızı Nağıyeva mənzilində huşsuz vəziyyətdə aşkar edilib.

Hadisə şahidlərinin sözlərinə görə, qonşular sözügedən mənzildən dəhşətli qoxu hiss ediblər və bu səbəbdən aidiyyatı orqanlara məlumat veriblər. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin ilkin müayinəsi nəticəsində qadının təqribən 3-4 gün əvvəl öldüyü müəyyən edilib.

Mərhumun mənzildə tək yaşadığı bildirilib.