Məşhur italiyalı opera müğənnisi Daniela Dessi vəfat edib.

Unikal.org Axşam.az-a  istinadən xəbər verir ki, 60 yaşlı ifaçı Breşiya şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Danielaya 1 ay öncə xərçəng diaqnozu qoyulmuşdu.

Onun vəfatı haqqında məlumatı 15 il evli olduğu tenor Fabio Armiliato yayıb.

Qeyd edək ki, Dessi 14 may 1957-ci ildə Genuyada anadan olub. İlk mükafatını 1980-ci ildə İtaliya Dövlət Televiziyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qazanıb. Müğənninin repertuarında 60-dan çox opera olub.

O, Milandakı "La Skala, Nyu-Yorkdakı "Metropoliten-opera və Berlindəki "Alman operası ilə əməkdaşlıq edib.

D.Dessi son 20 ilin ən yaxşı sopranosu hesab edilirdi.