Azərbaycanın futbol üzrə milli komandası və "Qarabağın kapitanı Rəşad Sadıqov ilk məşqçisinə avtomobil hədiyyə edib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, bu barədə onun ilk məşqçisi Vaqif Paşayev "Futbol+ qəzetinə açıqlama verib.


O, bildirib ki, təxminən 20 gün əvvəl onun yetirmələrindən olan Rəşad Sadıqov ona sürpriz edib: " Rəşad Sadıqov mənə "Mercedes markalı avtomobil bağışladı. Bu futbolumuzda ikinci belə hadisədir. İlk dəfə bu addımı Mahir Şükürov atıb. O da baş məşqçisi Sabir Əliyevə avtomobil bağışlamışdı. Hədiyyə görə, Rəşada təşəkkür edirəm.