"Azərbaycanda süni mayalanma ilə bağlı müraciət edən cütlüklərin sayı getdikcə artır. Ötən bir ildə çalışdığım klinikada bu üsulla dünyaya gələn körpələrin sayı 150 nəfəri keçib. Ekstrokorporal mayalanma o deməkdir ki, qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir və sonra qadının uşaqlığına yerləşdirilir".

 
Unikal.org bildirir ki, bu fikirləri APA TV-yə müsahibəsində Mərkəzi Gömrük Hospitalının nəzdində Qadın Sağlamlıq Mərkəzinin qadın doğum uzmanı Sərdar Çəlik deyib.

 
"Bizə müraciət hər xəstəyə süni mayalanma təklif edilmir. Bu, pasiyentlərin durumu müəyyənləşdirildikdən sonra ortaya çıxır. Yalnız ehtiyacı olan xəstələrə təklif edilir. Əgər kişilərdə cinsi zəiflik varsa, qadınlarda uşaqlıq borusunda qapanma varsa, bu vaxt süni mayalanma təklif edilir. Bundan başqa qadın xəstəlikləri zamanı yumurtalıqlarda da eyni problem yaşanırsa, o zaman süni mayalanma qaçılmaz olur. Bu gün bizə müraciət edən cütlüklər arasında ginekoloji problemli qadınların sayı kişilərdən daha çoxdur. Bizə müraciət edən pasiyentlərin demək olar ki, çoxu uzun illərdir sonsuzluqla mübarizə aparan xəstələrdir.

 
Süni mayalanmada yaş senzi problemi olmadığını deyən Sərdar Çəlikin sözlərinə görə, dünyada süni mayalanmanın alınma şansı 30-60 faiz arasında dəyişir.

 
"Bu yaşla bağlı bir məsələ deyil, yəni sırf sağlamlıqla bağlıdır. Əgər söhbət qadından gedirsə, boruları açıqdır və folekulları yetişirsə , özünün və həyat yoldaşının analizləri normalara cavab verirsə, bu zaman yaşın böyük önəmi yoxdur. Yəni hər yaşda alına bilər. Cütlüklər bizə müraciət etdikləri zaman onlarla hərtərəfli söhbət edib, xəstəliyin xronologiyası ilə maraqlanırıq. Bəzən elə cütlüklər var ki, onlara sizin heç bir müayinəyə ehtiyacınız yoxdur, gedin və səbir edin deyirik. Çünki süni mayalanma sonsuzluqla mübarizənin yalnız sonuncu mərhələsidir".

 
"Süni mayalanma zamanı uşağın cinsini sifariş vermək mümkündürmü" sualına gəlincə Sərdar Çəlik qeyd edib ki, bu, yalnız qanun çərçivəsində mümkündür. Əgər bu qanuna uyğundursa, o zaman embrionlardan genetik analizlər götürülür , cinsiyyət bəlli olduqdan sonra süni mayalanlandırma prosesinə başlanılır.

 
Kişi, yaxud qadın hüceyrələri süni mayalanma üçün kriterilərə cavab vermirsə, bu zaman donor hüceyrələrindən istifadə məsələsinin gündəmə gəlməsinə diqqət çəkən Qadın Sağlamlıq Mərkəzinin həkimi Təranə Nəsibli isə deyir ki, korporal mayalanmada donor xidməti bütün dünya ölkələrində var. Amma bu xidmətin qadağan olunduğu ölkələr də az deyil:

 
"Bütün Avropa ölkələrində bu işin rəsmiləşdirildiyini deyən mütəxəssisin sözlərinə görə, bu sahə ciddi nəzarət altındadır. Məsələn, Danimarkada ümumi donor bankı var. Bütün ölkələr bu mərkəzləşmiş donar bankına müraciət edərək, o xidmətdən istifadə edirlər. Bura müxtəlif millətlərin nümayəndələri müraciət edir. Bu mərkəzləşdirilmiş donar bankında bir nəfər həyatında yalnız bir dəfə donar ola bilir. Bu halda gələcəkdə qarşıya çıxa biləcək problemlərin qarşısı alınır. Bir donorun bir neçə də istifadə olunması gələcəkdə qardaş-bacı evliliyinin çoxalması kimi problemlər meydana gətirir. Bu genefonda ciddi zərbə ola bilər".

 
Təranə Nəsibli deyir ki, bu gün Azərbaycanda mövcud olan mərkəzlərdə qadın və kişi donorluğundan istifadə olunur. Çünki bu haqda müvafiq qadağalar yoxdur.

 
"Təəssüf ki, bu gün Azərbaycanda bu problem var. Yəni istənilən insan müxtəlif klinikalarda donor ola bilir. Hətta bir insan bir neçə klinikada donor ola bilir. Müəyyən ödəniş müqabilində spermlərini verə bilir. Təsəvvür edirsinizmi, 15-20 ildən sonra nə gözlənilir? Hazırda bununla bağlı Azərbaycanda da qanun layihəsi hazırlanır, tezliklə müzakirəyə də çıxarılacaq. Hazırds bizim klinika donor xidməti göstərmir. Biz qanunauyğun formada bu fəaliyyətimizi həyata keçirmək niyyətində olduğumuzdan gözləmə mövqeyindəyik. Hazırda bu məsələ dövlət tərəfindən tənzimlənmədiyi üçün bu xidmətin pərakəndə həyata keçirilməsi düzgün deyil. Yəni donor olacaq insanın genetik xəstəliklərinin olub-olmaması yoxlanılmalıdır. Burda gərək xəstənin də hüquqları pozulmasın. Yəni donorluq xidməti həyata keçirilirsə, yüksək sağlamlığı olan insanlar seçilməlidir. Bunun üçün Azərbaycanda mərkəzləşmiş donor bankı olmalıdır. Neçə ki, ölkəmizdə qan bankı fəaliyyət göstərir, donor bankı da elə fəaliyyət göstərməlidir ki, bütün klinikalar yalnız ora müraciət eləsin"