Avropa kuboklarının qrup mərhələsinə düşmək, yalnız prestij deyil, eləcə də böyük maddi dayaqdır.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup turnirinə çıxış üçün "Qarabağ və "Qəbələ hər biri 2,6 milyon avro qazanıblar.

Qrup mərhələsində hər qələbə üçün klublarımız 360 min, hər heç-heçə üçün isə 120 min qazana bilərlər.

1/16 finala 1-ci yerdən çıxış 600 min, 2-ci yerdən çıxış isə 300 min məbləğində dəyərləndirilir.

1/16 finalda iştirak edənlər əlavə olaraq 500 min, 1/8 finala çıxış edənlər 750 min, dörddə bir finalın iştirakçıları 1 milyon, yarımfinala çıxış edənlər isə 1,6 milyon qazanacaqlar.

Avropanın ikinci dərəcəli klub turnirinin qalibi əlavə 6,5 milyon, finalçı isə 3,5 milyon avro əldə edəcək.

Bundan əlavə, hər komandanın bilet satışından əldə etdiyi gəlir də öz hesabına keçəcək.