Samuxda havanı çirkləndirən sürücülər cərimələniblər.

Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, Samux rayonunda təmiz hava aylığı çərçivəsində yoxlamadan keçirilən nəqliyyat vasitələrinin əksərində atmosfer havasının çirkləndirildiyi məlum olub. Bunun müqabilində yazılan protokol və cərimələr isə təbiidir ki, sükan sahiblərinin heç də ürəyincə olmayıb. Yoxlamalar zamanı baş verənlərə çəkiliş qrupumuz da şahidlik edib.

Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əlbir olaraq avqust ayı ərzində təşkil etdiyi təmiz hava aylığı Samuxda da nəqliyyat vasitələrinin atmosferə normadan artıq dəm qazı buraxdığını deməyə əsas verir. Yoxlamalar zamanı günün tələblərinə cavab verən xeyli sayda avtomobilin müəyyən edilməsi də bunu bir daha təsdiqləyir. Ayın geridə qalan günlərində Samuxun yol polisləri nəqliyyat vasitəsiylə havanı çirkləndirən 27 sürücüyə inzibati protokol yazıblar.

Azər Mehtiyev Samux rayon DYP bölməsinin baş inspektoru: Respublika ərazisində keçirilən təmiz hava aylığı çərçivəsində Samux rayonundada reydlər davam etdirilir. Görüdüyünüz kimi, yenədə aşkar olunur ki, nasaz avtomobillər var və onların sahiblərinə inzibati protokollar tərtib olunur.

Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər bir qayda olaraq yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar.

Etirazlara baxmayaraq sürücülər qanunun tələbləri izah olunmaqla cərimə olunublar. Protokola imza atmaqdan imtina edən sürücülər içərisində yol polisinə hədə-qorxu gəlməkdən belə çəkinməyənləri də olub.

Ümumilikdə gün ərzində keçirilən reyd zamanı 9 avtomobilin havanı çirkləndirdiyi müəyən edilib və sürücülər barədə tədbir görülüb.