Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Azərbaycan Respublikasına səfərə gəlib.

Unikal.org xəbər verir ki, Gürcüstanın Baş nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.