"Elnur mənim əmimin nəvəsidir. Atası-anasıyla bir yerdə böyümüşük. Tərbiyəli uşaq idi. 2013-cü ilin mayı ayından yoxa çıxıb. Həmin gündən axtarırıq. Atası dünyasını dəyişəndən sonra evdən gedib.

Bunu əməkdar artist Aygün Bəylər qardaşı tərəfindən öldürülən, o vaxtlar itkin kimi təqdim olunan əmisi nəvəsi ilə bağlı "Öz aramızda verlişində çıxışında bildirib.

Unikal.org həmin çıxışı oxuculara təqdim edir.
"Elnur mənin əmim nəvəsidi. Atası əmim oğlu, anasi isə ortancıl əmim qizidi. Bizim onun atası, anası ilə uşaqlığımız bir yerdə keçib. Bir bağda, bir evin içində böyümüşük. Elnur çox tərbiyəli və böyük ürəyi olan bir uşaq idi. Mən burdan efir vasitəsi ilə Elnura səslənirəm. Hardasan bizə cavab ver. Roza nənənin gözləri yolda qalıb. Hələ özümü demirəm, əsirəm burda bilmirəm niyə belə eləmisən. İl yarimnan çoxdu xəbər yoxdu səndən, heç olmasa mənə zəng vura bilərsən nömrələrimi bilirsen.

Aparıcı Zaur Baxşəliyev Aygün xanım Elnur niyə evdən gedə bilər sualına isə belə cavab verib:

"Bilisiz Zaur bəy Elnur cavan uşaqdir, çox xarakterli olan bir oğlan olduğunu deyə bilerem. Qəlbi musiqi ilə, gözəl hissiyatla dolu, istedadlı bir insandır. Mən özümdə Elnur yaşda olanda çılğın olmuşam və evdə nəsə olanda küsüb nənəm gilə getmişəm. Amma getdiyim yeri də evdəkilər bilib. Biz də elə fikirləşdik ki,evdən küsüb hansısa qohumların yanına gedib. Bunlar hamısı Elunurun atasını itirdiyi vaxtda başladı. Ola bilər Elnur psixoloji cəhətdən çox ciddi zərbə alıb. O hər şeyə inanan və sadə bir oğlan idi. Hansısa bir qulluğa göndərəndə və işin çətinliyindən aslı olmayaraq Elnur o işi rahatçılıqla görə bilirdi. Mənim yaradıcılıq işlərim çox olduğundan Elnurla çox maraqlana bilmirəm. Amma əlimnən gələni edirəm ki, Elnur tapılsın. Anası, nənəsi ilə lazimi yerlərə gedirəm. Bu gün bura da gəlmək mənim borcumdur.O, mənim kiçik qardaşımdı mən onu axtarıram. Elnura çox dəstək olmaq istəyirdim. Kənd uşağıdı da bilmirəm. Əslində mən ona çoxdan deyirdim ki, yaşadığı Suraxanı kəndindən qaçmaq lazımdı. Mən ona deyirdim ki, orada kənd abu havasi var. Sən musiqiçi adamsan. Nağarada ifa edirdi. Onun mənə qarşı münasibəti çox yaxşı idi.



Xatırladaq ki, itkin düşmüş Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirmiş şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.