Tanınmış erməni politoloq, "Qloballaşma və regional əməkdaşlıq mərkəzinin rəhbəri Stepan Qriqoryanın Rusiyaya girişinə qadağa qoyulub.

Unikal.org-un AzVision.az-a istinadən verdiyi məlumata görə, bu barədə politoloq özünün "Facebook səhifəsində yazıb.

Məlumata əsasən Qriqoryan Moskvada hava limanında saxlanılıb. Rusiyalı sərhədçilər ona qadağanın 2030-cu ilədək qüvvədə olduğunu bildiriblər.

Politoloqun fikrincə, onun rəhbərlik etdiyi təşkilat erməni xalqının gələcəyini Avropa ailəsində görür. Məhz bu mövqe Rusiya hakimiyyətinin onun barəsində qəbul etdiyi qərara təsir edib.

Qeyd edək ki, Qriqoryan avqustun 30-da Ermənistana deportasiya olunub.