"Müsavat Partiyası sentyabrın 18-də mitinq keçirməyi planlaşdırır".

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, referendumla bağlı keçiriləcək mitinqin keçmiş "Məhsul stadionunda təşkil olunması nəzərdə tutulur: "Mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

Qeyd edək ki, Milli Şura sentyabrın 11-də mitinq keçirməyə hazırlaşır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.