Sosial şəbəkədə maraqlı bir video yayılıb. Bakıda bir gənc əlində gitara avtomobil idarə edir. Kadrlara baxdıqda aydın olur ki, sürücü bütün fikrini gitara ifa etməyə yönəldib. Yola ara-sıra baxır, sürəti dəyişir. Heç təhlükəsizlik kəmərini də taxmayıb. Bir sözlə, sürücünün bütün hərəkətləri olduqca təhlükəlidir.

Avtomobil sürür, ancaq əli sükanda yox, gitaradadır. Görüntülər Bakıda çəkilib. Həvəskar gitaraçı Violet Poluxin feysbuk səhifəsində sükan arxasında gitara çaldığını əks etdirən video paylaşıb.

İzləyənlərin böyük marağına səbəb olan bu hərəkət olduqca təhlükəlidir. Çünki Violet Poluxin yolda avtomobili idarə etsə də, əlini sükandan yox, gitaradan tutub. Üstəlik, onun idarə etdiyi avtomobilin sürət qutusu mexanikdir.

Görüntüdən də aydın olur ki, gitaraçı avtomobilini sürətlə idarə edir. Çünki o, sükanı dizi ilə saxlamasına baxmayaraq, sürət qutusunu da tez-tez dəyişir. Diqqət çəkən məqamlardan biri isə avtomobilin yox, balaca bir musiqi alətinin kəmərini taxmasıdır.

Yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücü bu hərəkəti ilə yol hərəkəti-haqqında qanunun 37-ci maddəsnini bir neçə tələbini pozub. Bunlar təhlükəsizlik kəmərindən istifadə etməmək, sükanı əli ilə tutmaması və diqqəti yolda olmalı olduğu halda gitarada ifa etməsidir.

Ancaq bir neçə qaydanı eyni anda pozmasına baxmayaraq, sürücü cəmi 40 manat cərimə edilə bilər.