Prezident İlham Əliyev bu gün sərəncam verib.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, "Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydalarının və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanını "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 dekabr tarixli 1654 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, â„– 5, maddə 403, â„– 7, maddə 619; 2012, â„– 5, maddə 422, â„– 12, maddə 1233; 2014, â„– 5, maddə 483) ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısının 1.4-cü və 1.5-ci bəndləri ləğv edilsin.