Azərbaycan cüdoçusu Bayram MustafayevBraziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında finala yüksəlib. Unikal.org-un məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz yarımfinalda yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.

Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.

Qeyd edək ki, cüdoçumuz 1/4 final mərhələsində braziliyalı Halison Oliviera Botoya qalib gəlib.