Müdafiə Nazirliyi və Abşeron rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərini yada salıb, bu işin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində prioritet olduğunu vurğulayıb.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhid əsgərin qısa, lakin mənalı ömür yolundan danışıb.

Sonra polkovnik A.Qurbani Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Əli Heydərovun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edib.

Qobuda şəhidin xatirəsi yad edildi - FOTO

Qobuda şəhidin xatirəsi yad edildi - FOTO