Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.


Unikal.org APA-ya istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

 

Telefon danışığı zamanı Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Suriya münaqişəsinin həllinə yardımla bağlı səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif kanallarla aktiv əlaqələrin davam etdirilməsi razılaşdırılıb.