Sağlamlıq imkanları məhdud olan (görmə ilə bağlı) Günay Ağayeva 5 saylı Respublika xüsusi internat məktəbində işə qəbul edilib.

Unikal.org xəbər verir ki, bu barədə G. Ağayevanın müəllimi, təhsil eksperti Kamran Əsədov facebookda yazıb. O bildirib ki, tələbəsi bundan sonra sözügedən məktəbdə tarix müəllimi kimi çalışacaq.

Ekspert xatırladıb ki, tələbəsi müəllimlərin işə qəbulu imtahanında 43 bal yığsa da, işlə təmin edilməyib.K. Əsədov G. Ağayevanın işlə təmin olunmasında göstərdiyi köməkliyə görə milllət vəkili Qənirə Paşayevaya təşəkkür edib.

Kamran Əsədov bildirib ki, əslində Qanunvericiliyin tələblərinə görə Günayın müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak etməsi mümkün deyil: "Bu qanun pozuntusudur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbə müəllim qəbulu imtahanla yox, müəssisə tərəfindən nazirliyin göndərişi ilə həyata keçirilir".