Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Milli Məclis bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.

Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.