2016-cı il sentyabrın 14-də Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya rəsmi səfərinin proqramına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Unikal.org xəbər verir ki, mətbuat konfransı Xətai metrosu, İzzət Orucova 6, Katolik kilsəsində baş tutacaq.
Konfransda Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Papanın tərcüməçisi Martin Bonkalo, press ofisin rəhbəri Cəmilə Məmmədova iştirak edəcək.