Ağstafada təmir aparan usta mərmi tapıb.

Unikal.org Region TV-yə istinadən bildirir ki, təhlükəli sursatı Xətai kənd sakini Arif Hüseynovun mənzilində kanalizasiya xətlərini yeniləyən Ərəstun Həsənov aşkarlayıb.

100 ildən çox yaşı olan evin həyətini qazan usta 2 ədəd mərmi görüb. Təhlükəli ola biləcəyini nəzərə alan Ərəstun Həsənov dərhal ev sahibi və qonşuları əraziyə çağırıb.

Ev sahibi bir neçə ay öncə aldığı evdə rusların yaşadığını bildirib. Əraziyə rayon polis əməkdaşları da baxış keçiriblər. Arif Hüseynovun həyətindən tapılan mərmilər ANAMA-nın Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən bölməsinin əməkdaşları tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.