Amerika Birləşmiş Ştatlarının İndiana ştatında gecə klubunda silahlı insident baş verib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə yerli "Journal-Gazette məlumat yayıb.

 

Qəzetin yazdığına görə, hadisə sentyabrın 13-nə keçən gecə İndiana ştatının Fоrt-Ueyn şəhərində yerləşən gecə klubunda baş verib. Silahlı insident nəticəsində 3 nəfər öldürülüb, 2 nəfər isə yaralanıb.

 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.