"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı indiyədək yaydığı vəhşət dolu edam videoları ilə tanınır. Lakin terrorçuların son videosu ağlasığmaz vəhşiliklə yanaşı, İŞİD terrorçularının insan adından çox uzaq məxluqlar olduğunu sübut edir.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, İŞİD Qurban bayramı münasibətilə Suriyanın Deyr əz Zor şəhərində 18 şəxsin başlarını kəsib. Bu edam anları İŞİD-in hazırladığıı və yaydığı "The Making of Illusion" (" İllüziyanın hazırlanması") adlı videosunda əks olunub.

Videoda amerikalı aktyor, Hollivud ulduzu Tom Kruzun baş rolda oynadığı "Mission: Impossible - Rogue Nation" filmindən kadrlardan da istifadə olunub.

İŞİD-in "Vilayət əl Xeyr" adlandırdığı Deyr əz Zorda hazırladığı videoda ABŞ-a casusluqda suçlanan insanlar "cünah"larını etiraf edirlər. Sonra onları sallaqxanaya gətirirlər.

Sallaqxananın tavanından böyük dəmir qarmaqlar asılıb. Əynində ağ əba, əlində böyük bıçaq olan İŞİD cəlladı "cünaşkarların çirkin əməlləri"ndən bəhs edir, sonra ilk "qurban"ını seçir. O, əyinlərində narıncı kombinezon, qolları bağlı biçarələrdən birinin saçından tutub sürüyür, mal-qara kəsilən yerə aparır.

Burada cəllad qurbanını ayaqlarından asır və sonra da onun başını kəsir, "Allah qurbanımızı qəbul etsin! Qurban bayramınız mübarək!" deyir.

Daha sonra 17 nəfər bu minvalla edam olunur, onların başları bədənlərindən ayrılır.

12 dəqiqəlik videoda İŞİD-in ötən edamlarının bəziləri də əks olunub.