Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər edəcək.

Unikal.org Haber7-yə istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun avqustun 26-da Türkiyəyə səfəri təxirə salınmışdı.