Türkiyənin Şırnak bölgəsində keçmiş əsgər 23 ildir başındakı güllə ilə yaşayır.

Unikal.org qardaş ölkə mətbuatına istibadən xəbər verir ki, həmin ərazidə 1993-cü ildə baş verən atışmada yaralanan Abdürrəhman Dağdelen adlı keçmiş əsgər sonradan başındakı güllənin fəsadlarını yaşamağa başlayıb.

Belə ki, evli və 2 uşaq atası olan Dağdelen yaralandıqdan sonra yeriməkdə çətinlik çəkib və bir qulağında eşitmə zəifliyi yaranıb.

Qəribədir ki, o, başında güllə olmasını hadisədən 20 il sonra öyrənib. O 2013-cü ildə xəstəxanada tomoqrafiya etdirən zaman onun başında güllə olduğu aşkarlanıb. Həkimlər güllənin çıxarılmasının riskli olduğunu deyərək əməliyyat etməyiblər.

Abdürrəhman Dağdelen isə 23 ildir ağrılardan əziyyət çəkdiyini, ağrıkəsici dərman qəbul edəndə sonra sakitləşdiyini deyib.