Ərəbistanda toy günü qəribə hadisə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ər toy gecəsi həyat yoldaşını boşayıb. Boşanmaya səbəb ərin arvadının əlində telefon tutması olub.

Belə ki, toy olduqdan sonra gecəni oteldə keçirən cütlük mübahisə etməyə başlayıb. Ər arvadından telefondan "əl çəkməyi" tələb edib və "Mesajlaşdığın adamlar məndən önəmlidir?" - deyə sual verib.

Qadın isə ərinin sualına "Bəli" cavabı verib. Bundan sonra kişi oteli tərk edib. Ər toyun sabahı boşanmaq üçün məhkəməyə müraciət edib.