Bakı vaxti ilə bu gün səhər saat 08:40-da (yerli vaxtla 00:40) ABŞ-ın Nyu-Cersi ştatında dəmiryolu stansiyasında partlayış baş verib.

Unikal.org Milli.az-a istinadən xəbər verir ki, Elizabet stansiyasında partlayış robotun dəmir yoluna yaxın ərazidə aşkarlanmış şübhəli əşyanı tədqiq etdiyi vaxta təsadüf edib.

İlkin məlumatlara görə, partlayış nəzarətdən kənar baş verib. Xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə yerində Federal Təhqiqatlar Bürosunun əməkdaşları araşdırma aparırlar.