Məşhur türk aktyoru Tarık Akanı son mənzilə yola salan sənət dostlarından Türkan Şoray, Fatma Girik və Müjdat Gəzənin halı cənazə zamanı qəfil pisləşib.

Unikal.org xəbər verir ki, cənazədəki izdiham onların halının pisləşməsinə səbəb olub. Türkan Şoray və Fatma Girik bir müddət məsciddən uzaqlaşdırılıblar.

Müjdat Gəzənə məscid yaxınlığında gözlədilən təcili yardım müdaxilə edib.

Qeyd edək ki, Tarık Akan sentyabrın 16-ı gecə saatlarında vəfat edib. O, sentyabrın 18-i son mənzilə yola salınıb.