Tvitterin səhmdarlarından biri olan Doris Şenvik şirkəti məhkəməyə verib.

Unikal.org Technote-yə istinadən xəbər verir ki, səbəb isə şirkətin sosial şəbəkənin auditoriyasının artırılması haqqında öhdəliyini yerinə yetirməməsi olub.

Dorisin bildirdiyinə görə, 2014-cü ilin noyabrında şirkətin inkişaf perspektivləri haqqında yalan məlumatlar verilərək investorlar aldadılıb. Hələ onda sosial şəbəkənin aylıq aktiv istifadəçilərinin sayının 550 milyona qədər artırılması söz verilmişdi. Bu göstərici mövcud vəziyyət üçün idi. Gələcək perspektivlər üçün isə 1 milyard göstərici planlaşdırılırdı.

İttihamda qeyd olunub ki, şirkətin bu cür sözlər verməsində heç bir ciddi əsaslar olmayıb.

Qeyd edək ki, sonuncu statistikada Tvitterin aylıq aktiv istifadəçilərinin sayı 330 milyon olaraq açıqlanı