ABŞ-da baş verən partlayışlar terror aktı kimi qiymətləndirilib.

Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bil De Blazio bəyan edib.

"Nyu-Yorkda və Nyu-Cersidə baş verən partlayışların terror aktı olduğu deməyə kifayət qədər əsas var, deyə mer bildirib.

Sentyabrın 17-də Manhettenin qərb hissəsində baş verən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Bir sutka sonra isə Nyu-Cersidə əldəqayırma bomba partlayıb. Hadisələrlə əlaqədar 28 yaşlı əfqan mənşəli Əhməd Xan Rəhimi saxlanılıb.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib